“Avroviziya”nın açılış mərasimi keçirildi - Fotolar

avroviziyanin-acilis-merasimi-kecirildi
Oxunma sayı: 9409

“Avroviziya” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Firuzəyi xalçadan müsabiqəçilər və müxtəlif ölkələrin nümayəndələri keçiblər.

Açılış mərasiminə Niderlandın Rotterdam şəhəri ev sahibliyi edib. Müsabiqənin açılışında 39 ölkədən 34 iştirakçı Firuzəyi xalçadan keçib. Açılışda Azərbaycanla yanaşı, Rusiya, Litva, Almaniya, Sloveniya, Fransa, İtaliya, İspaniya, Şimali Makedoniya, Niderland, İsrail, Böyük Britaniya, İsveç, Belçika, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Ukrayna, Estoniya, San-Marino, Çexiya, Yunanıstan, Avstriya, Gürcüstan, Moldova, Portuqaliya, Serbiya, Finlandiya, Albaniya, İsveçrə, Latviya, Bolqarıstan və Danimarka təmsilçiləri iştirak ediblər. 

Xatırladaq ki,  Polşa nümayəndə heyətinin  üzvündə ötən gün “COVID-19” aşkarlandığına görə, Polşa deleqasiyası bu gün keçiriləcək rəsmi açılış mərasimində yer almayıb.

Qeyd edək ki, yarımfinal mayın 18 və 20-də, final isə 22-də keçiriləcək. Ölkəmizi bu müsabiqədə Samirə Əfəndi “Mata Hari” mahnısı ilə təmsil edəcək. Təmsilçimiz birinci yarımfinalda çıxış edəcək.