“Avroviziya”nın daimi şüarı təsdiqləndi

avroviziyanin-daimi-suari-tesdiqlendi
Oxunma sayı: 2402

“Avroviziya” mahnı müsabiqəsinin daimi şüarı qəbul edilib. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Yayım Birliyi (AYB) təsdiqləyib.

Onlar müsabiqə üçün “Musiqi ilə birləşənlər” (United by music) ifadəsini seçiblər.

Bu şüar 2023-cü ildə Liverpulda keçirilən müsabiqədə istifadə olunub.

Qeyd edək ki, “Avroviziya-2024” mahnı müsabiqəsi “Malmö Arenada” 7, 9 və 11 may tarixlərində keçiriləcək.