İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.
“Qafqazinfo” xəbər verir ki, ikinci yarımfinalda aşağıdakı 17 ölkənin təmsilçisi çıxış edəcək:
Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç.
Azərbaycanı “Fade to back” mahnısı ilə müğənni Nadir Rüstəmli təmsil edəcək.
***
İkinci yarımfinalda keçirilən səsverməyə əsasən müsabiqənin finalında iştirak edəcək daha 10 ölkə: Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya, Serbiya.
Qeyd edək ki, müsabiqənin birinci yarımfinalında sms-səsverməsi nəticəsində İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland finalda iştirak hüququ qazanmışdı.
Böyük Dördlüyə daxil olan ölkələr - Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və ötən ilin qalibi İtaliya birbaşa finalda iştirak edəcək.

Son xəbərlər
Son Xəbərlər