Bu gün Rusiyada Konfederasiyalar Kuboku turnirində 1-ci turun son matçı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, B qrupunda yer alan Avstraliya və Almaniya matçında tamaşaçılar 5 qol izləyiblər.
Turnirə əsasən gənc oyunçulardan təşkil olunan heyətlə gələn Almaniya millisi son Asiya çempionu qarşısında üstün oyun nümayiş etdirib.
Baxımlı keçən oyunda almanlar 3-2 qalib gəlməyi bacarıblar.
Qeyd edək ki, qrupun digər matçında Çili Kamerunu 2-0 məğlub etmişdi.
Avstraliya – Almaniya - 2:3
Qollar: 5, Stindl (0:1), 41, Rocik (1:1), 44, Draksler (pen, 1:2), 48, Qoreçka (1:3), 56, Yuriç (2:3)
Son xəbərlər
Son Xəbərlər