Avstraliya daha 67 rusiyalıya qarşı sanksiya tətbiq edib.
“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın xarici işlər naziri Maris Peyn açıqlayıb.
Onun sözlərinə görə, həmin şəxslər Rusiya elitasının nümayəndələri və oliqarxlardır.
Qeyd edək ki, Avstraliya çox sayda oliqarx da daxil olmaqla, təqribən 500 rusiyalı fiziki şəxsə, eləcə də bir neçə təşkilata sanksiyalar tətbiq edib.
Son xəbərlər
Son Xəbərlər