Avstraliya hökuməti 2 milyon pişiyin öldürülməsinə qərar verib

avstraliya-hokumeti-2-milyon-pisiyin-oldurulmesine-qerar-verib
Oxunma sayı: 2910

Avstraliya hökuməti vəhşi pişiklərə qarşı “müharibə” elan edib.

“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, 2020-ci ilədək ölkədə 2 milyon pişiyin öldürülməsi planlaşdırılır. Pişiklər qitəyə 17-ci əsrdə gətirilib. Onlar indiyədək 20 növ məməlinin nəslinin tükənməsində ittiham edilirlər. Bu səbəbdən hər bir ştat vəhşi pişiklərə qarşı özünün mübarizə formasını müəyyən edib. Kvinslenddə hər cəsədə 7 dollar təyin edilib.

Qərbi Avstraliya ştatında isə təyyarələr göydən zəhərli sosiskalar tökürlər. Qonşu Yeni Zelandiya da pişiklərin artmasının qarşısını almağa çalışır. Hətta 2050-ci ildə onların tamamilə öldürülməsi planlaşdırılır.