Avstraliya “Pfizer”in vaksinini təsdiqlədi

avstraliya-pfizerin-vaksinini-tesdiqledi
Oxunma sayı: 660

Avstraliyada tibbi təşkilatçılıqla məşğul olan Müalicəedici Məhsullar İdarəsi dərman şirkəti “Pfizer”in istehsalı olan “COVID-19” vaksinini təsdiqlədiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Pfizer” tərəfindən təqdim olunan hesabatın təhlil olunduğunu vurğulayan Müalicəedici Məhsullar İdarəsi vaksinin yüksək təhlükəsizlik, təsir gücü və keyfiyyət standartlarına cavab verdiyi üçün təsdiqləndiyini bəyan edib.

Qərar iki il müddətində qüvvədə olacaq. Vaksinin ölkə xaricindəki etibarlılığının izlənilməsi davam etdiriləcək.

Bundan başqa, vurğulanıb ki, həftədə 80 min nəfərin peyvəndlənməsi nəzərdə tutulub.