Avstraliya Tunisə qalib gəldi - Yenilənib

Avstraliya Tunisə qalib gəldi
Oxunma sayı: 2201

Bu gün DÇ-2022-də qrup mərhələsinin 2-ci turunun daha 4 oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, D qrupunda  Bakı vaxtı ilə saat 14:00-da başlayan matçda Tunis millisi Avstraliya ilə qarşılaşır.

Bu qrupun digər oyununda isə saat 20:00-da Fransa və Danimarka yığmaları üz-üzə gələcək.

C qrupunda saat 17:00-da Polşa - Səudiyyə Ərəbistanı, saat 23:00-da Argentina - Meksika görüşü başlayacaq.

26 noyabr

D qrupu

14:00. Tunis - Avstraliya - 0:1

Qol: M.Duke, 23

Baş hakim: Daniel Zibert (Almaniya)

"Əl-Canub" stadionu

***

23-cu dəqiqədə Avstraliya hesabı açır. M.Duke fərqlənir.

***

Oyunda başqa qol olmadı. Avstraliya rəqibinə 1:0 hesabı ilə qalib gəldi.