Avstraliya Ukraynaya 74 milyonluq hərbi yardım ayırır

avstraliya-ukraynaya-74-milyonluq-herbi-yardim-ayirir
Oxunma sayı: 1094

Avstraliya Ukraynaya 74 milyon dollar həcmində hərbi yardım ayıracaq. 

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın Baş naziri Entoni Albanese açıqlayıb. 

Baş nazirin sözlərinə görə, Avstraliyanın Ukraynaya yeni hərbi yardım paketi 67,8 milyon dollar vəsaitdən, eləcə də 14 zirehli transportyor, 20 “Bushmaster” maşını və digər hərbi texnikadan ibarət olacaq. 

Bununla yanaşı, Albanese Avstraliyanın Ukraynanın Sərhəd Xidmətinə 5,9 milyon dollar ayıracağını da bildirib.

Məlumata görə, bununla da, Avstraliyanın Ukraynaya ayırdığı ümumi hərbi yardım 230,6 milyon dollara çatacaq. 

Nəzrin Cavadzadə