Avstraliyada 6,9 bal güncündə zəlzələ

avstraliyada-69-bal-guncunde-zelzele
Oxunma sayı: 1120

Avstraliyanın Yeni Zelandiyaya baxan sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Sakit Okeanda baş verən zəlzələnin episentri Yeni Zelandiyanın Cənub adasının cənub sahilindəki Bluff limanından təxminən 1062 kilometr cənub-qərbdə yerləşib.

10 kilometr dərinlikdə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Zəlzələ və sunami nəticəsində dağıntı və tələfat barədə hələlik məlumat verməyib.