Avstraliyada 700-ə yaxın ev məhv olub

Avstraliyada 700-ə yaxın ev məhv olub
Oxunma sayı: 355

Ötən aydan Avstraliyada davam edən meşə yanğınları nəticəsində 680-dən çox ev və 1400 inzibati tikili yanıb.

“Qafqazinfo” xəbər verir ki, Yeni Cənubi Uels Regional Yanğın Xidmətinin məlumatına görə, bölgədə 104 yanğın qeydə alınıb, bunlardan 41-nin qarşısı alınıb.

6 rayonda fövqəladə təhlükə səviyyəsinə dair xəbərdarlıq qüvvədədir.

Yanğınlar başlayandan 4 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı məlumdur. Milli parklar və koalaların yaşayış yerləri də daxil olmaqla 2 milyon hektardan çox meşə məhv olub.

Qeyd edək ki, cənub yarımkürəsində yerləşən Avstraliya indi yay fəslini qarşılayır. Havanın temperaturunun gözləniləndən daha yüksək olması meşə yanğınlarını da özü ilə birgə gətirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi