Avstraliyada atışma, 2 nəfər öldü - Video

avstraliyada-atisma-2-nefer-oldu
Oxunma sayı: 1569

Avstraliyanın Kabulçer şəhərində (Kvinslend ştatı) atışma nəticəsində azı iki nəfər dünyasını dəyişib.

Bu barədə “Qafqazinfo” ABC telekanalına istinadən xəbər verir.

İki kişi aldıqları xəsarətlərdən xəstəxanada vəfat edib.  

Cinayətdə şübhəli bilinən şəxs saxlanılıb. Onun hərəkətlərinin motivləri hələ müəyyənləşdirilməyib.

Cinayət yerində kriminalistlər işləyirlər.