Avstraliyada bomba həyəcanı, 13 konsulluq boşaldıldı

avstraliyada-bomba-heyecani-13-konsulluq-bosaldildi
Oxunma sayı: 748

Avstraliyanın Melburn və Kanberra şəhərlərində yerləşən azı 13 konsulluq binasına şübhəli paket göndərilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən ABŞ, Birləşmiş Krallıq, İsveçrə, Almaniya, Cənubi Koreya, Yunanıstan, İtaliya, Pakistan, Hindistan, Yeni Zelandiya, İspaniya və Misir konsulluqlarının əməkdaşları təxliyyə ediliblər. 

Avstraliya polisi hadisə yerinə bomba zərərsizləşdirən mütəxəssislər göndərib.