Avstraliyada daşqın səbəbindən on minlərlə insan təxliyə edildi

avstraliyada-dasqin-sebebinden-on-minlerle-insan-texliye-edildi
Oxunma sayı: 1114

Avstraliyanın Sidney şəhərində güclü yağış və daşqın səbəbindən on minlərlə insan təxliyə edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avstraliya Meteorologiya İdarəsi açıqlama verib.

Açıqlamada Nepean çayı boyunca daşqın riskinin ola biləcəyi və bölgədə təsirli olan küləyin sürətinin saatda 90 kilometrə çata biləcəyi bildirilib.

Yeni Cənubi Uels ştatının fövqəladə hallar naziri Stefani Kuk, “Bu, həyat üçün təhlükə yaradan fövqəladə haldır, biz sahil eroziyası, daşqın və çayların daşması da daxil olmaqla, çoxsaylı təhlükələrlə üzləşirik" deyib.

Şəhər sakinlərini zərurət olmadıqca səyahət etməməyə çağıran Kuk, son 24 saat ərzində 83 xilasetmə əməliyyatının aparıldığını və 3000-dən çox yardım müraciətinə cavab verildiyini qeyd edib.