Avstraliyada hərbi helikopter qəzaya düşdü, ölənlər var

avstraliyada-herbi-helikopter-qezaya-dusdu-olenler-var
Oxunma sayı: 1375

Avstraliyanın şimal-şərqində hərbi helikopterin qəzaya düşməsi nəticəsində azı dörd nəfər ölüb.

“Qafqazinfo” 9News telekanalına istinadən xəbər verir ki, insident iyulun 28-də Hamilton adasının yaxınlığında baş verib.

Qəzaya uğrayan təyyarənin ekipajı “Talisman Sabre” hərbi təlimlərində iştirak edirdi.

Faktla bağlı araşdırma aparılır.