Avstraliyada koronavirusla bağlı rekord göstərici

avstraliyada-koronavirusla-bagli-rekord-gosterici
Oxunma sayı: 1264

Avstraliyada son sutkada koronavirusa 116 mindən çox yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu, pandemiyanın başladığı vaxtdan ölkədə qeydə alınan ən yüksək göstərici olub. İndiyədək ümumilikdə 858 847 nəfərdə koronavirus aşkarlanıb.

Həmçinin bildirilir ki, son 24 saatda COVID-19-a yoluxmuş 25 nəfərin ölümü təsdiqlənib. Bununla da koronavirus qurbanlarının sayı 2 336-ya çatıb.  

Ölkənin Baş naziri Skott Morrison bildirib ki, yoluxma sayının artması gözlənilən idi və hökumət heç bir sanitar məhdudiyyət tətbiq etmək niyyətində deyil.