“Qafqazinfo” xəbər verir ki, Pelotonun ön sıralarında gedən almaniyalı Daniel Klemme və Kristof Şvayzer, Azərbaycanın U-23 və Elite yığma komandalarının üzvləri Tural İsgəndərovla Elçin Əsədov və avstraliyalı Patrik Leyn finiş xəttini eyni anda – 3 saat, 47 dəqiqə, 9 saniyəyə başa vurublar. Yalnız fotofinişə əsasən Daniel Klemme komanda yoldaşlarını bir neçə mikrosaniyə qabaqlayıb və bu mərhələnin 5-cisi olub.
Yeri gəlmişkən, mərhələ qalibi olan Avstraliyanın 23 yaşadək velosipedçilərdən ibarət yığma komandasının üzvü Robert Con Makkarti də Klemme ilə eyni nəticəyə imza atıb və fotofinişin yekunlarına əsasən 1-ci yeri tutub. Ümumi sıralanmada təmsilçilərimizdən ən yüksək göstərici hələ ki Patrik Leynə məxsusdur – o liderdən 1 dəqiqə, 32 saniyə geri qalmaqla 23-cü pillədədir.
Yarışın 3-cü mərhələsi həm də Daniel Klemmenin sprinterlər arasında 2 xal qazanması və ilk 5-liyə daxil olması ilə də yadda qalıb. Sabah keçiriləcək sonuncu, 4-cü mərhələdə iştirakçılar 125 km məsafə qət edəcəklər.
Son xəbərlər
Son Xəbərlər