Avstraliya hökuməti Gelibolu yarımadasında mümkün terror aktı ilə bağlı Türkiyə hökumətinə xəbərdarlıq edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, terror aktının aprelin 25-də qeyd ediləcək Avstraliya və Yeni Zelandiyanın milli bayramı olan Anzak günü törədiləcəyi ehtimal edilir.
Türkiyə hökuməti artıq təhlükəsizlik tədbirlərini gücləndirməklə bağlı qərar verib.
Avstraliya hökuməti, həmçinin öz vətəndaşlarını Ankara və İstanbula səfərdən çəkinməyə çağırıb.
Son xəbərlər
Son Xəbərlər