Avstraliyanın Baş naziri meydançada uşağın üstünə yıxıldı - Video

avstraliyanin-bas-naziri-meydancada-usagin-ustune-yixildi
Oxunma sayı: 2603

Avstraliyanın Baş naziri Skott Morrison uşaq komandası ilə futbol oynayarkən gözlənilməz vəziyyətlə üzləşib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Morrison uşaqlardan birinin üstünə yıxılıb. Gənc futbolçuların əlindən topu almaq istəyən Baş nazir irəli atılarkən “7” nömrəli köynəkdə olan oğlana dəyir və hər ikisi yerə yıxılır.

Morrison cəld oğlanı yuxarı qaldıraraq onun vəziyyətinin yaxşı olmasını yoxlayıb.