Avstraliyanın Daxili İşlər naziri koronavirusa yoluxdu

avstraliyanin-daxili-isler-naziri-koronavirusa-yoluxdu
Oxunma sayı: 1112

Avstraliyanın Daxili İşlər naziri Pitter Datton yeni tip koronavirusa yoluxub. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, öz tvitter hesabında məlumat yayıb.

Dattonun sözlərinə görə, o, bu gün, martın 13-də yuxudan yüksək temperatur və boğaz ağrısı ilə oyanıb. Sonra Kvinslend Sağlamlıq İdarəsi ilə əlaqə qurub və “COVID-19” şübhəsilə testdən keçib, nəticə pozitiv çıxıb.

Xatırladaq ki, ötən gün Avstraliyada olan amerikalı aktyor Tom Henks ilə xanımı Rita Uilsonun da koronavirusa yoluxduğu məlum olmuşdu.