Avstriya – Azərbaycan oyununun stadionu açıqlandı

avstriya-azerbaycan-oyununun-stadionu-aciqlandi
Oxunma sayı: 2244

Azərbaycan milli komandasının AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi daha bir oyunun stadionu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Martın 24-də keçiriləcək Avstriya – Azərbaycan qarşılaşması Linz şəhərindəki “Raiffeisen Arena”da təşkil olunacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.