Avstriya azərbaycanlıları ilə görüş keçirilib - Fotolar

avstriya-azerbaycanlilari-ile-gorus-kecirilib
Oxunma sayı: 813

Vyanada Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyada yaşayan azərbaycanlılarla görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycan dərnəklərinin rəhbərləri, azərbaycanlı icmanın fəal üzvləri, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Ölkəmizin Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov çıxış edərək azərbaycanlı icması və diaspor təşkilatları ilə əməkdaşlıqdan danışıb. 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı ölkəmizin diaspor siyasəti, həyata keçirilən layihələr, xaricdə yaşayan soydaşlarımızın şəbəkələşməsi, onlayn platformalarda birləşərək daha mütəşəkkil fəaliyyət göstərmək imkanları haqqında geniş məlumat verib.
Xaricdə yaşayan soydaşlarımızın son illərdə fəallaşdığı və yeni təşkilatların yarandığı, qloballaşma dönəmində xaricdə yaşayan soydaşları bir araya gətirmək, milli-mənəvi dəyərləri, ana dilini qorumaq və milli birliyə nail olmaq üçün yeni çağırışların meydana çıxdığı vurğulanıb.

Komitə sədrinin fikrincə, mövcud vəziyyət həm diaspor təşkilatları və icmalar arasında, həm də onların tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsini, koordinasiya işinin təkmilləşdirilməsini tələb edir. O, koordinasiya şüralarının gələcəkdə diaspor fəaliyyətinə təkan verəcəyinə ümidvar olduğunu ifadə edib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin 2018-2019-cu illərdə fəaliyyətinə dair video hesabatı və infoqrafik videoçarxları nümayiş olunub.