Avstriya da rusiyalı diplomatları ölkədən çıxarır

avstriya-da-rusiyali-diplomatlari-olkeden-cixarir
Oxunma sayı: 805

Avstriya 4 rusiyalı diplomatı ölkədən çıxarır.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Avstriyanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilir ki, burada söhbət Rusiyanın Vyana şəhərindəki səfirliyinin 3 əməkdaşından və ölkənin Zalsburq şəhərindəki Baş konsulluğunda çalışan 1 əməkdaşdan gedir.

Nazirlik sözügedən rusiyalı diplomatların öz diplomatik statuslarına uyğun olmayan hərəkətlərə yol verdiklərini iddia edir. Rusiyalı diplomatlar aprelin 12-dən gec olmayaraq Avstriyanı tərk etməlidirlər.

Rusiya XİN Avstriyanın qərarına müvafiq cavab verəcəyini bildirib.

Qeyd edək ki, bir neçə Qərb ölkəsi rusiyalı diplomatların ölkədən çıxarılması barədə qərar qəbul edib.