Avstriya Kansleri Rusiya qoşunlarının geri çəkilməsinə inanmır

avstriya-kansleri-rusiya-qosunlarinin-geri-cekilmesine-inanmir
Oxunma sayı: 2076

Avstriya Kansleri Karl Nehammer Rusiya qoşunlarının Ukrayna ilə sərhəddən geri çəkildiyinə inanmır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Avstriya Mətbuat Agentliyi yayıb.

Kansler bu məsələ barədə məlumatları feyk adlandırıb.

Onun sözlərinə görə, Ukraynanın şərqində vəziyyət iki səbəbdən kəskinləşə bilər. Bunlar ümumilikdə vəziyyətin gərgin olması və qəfil atışmalardır.