Avstriya Kansleri Karl Nehammer yaxın vaxtlarda Ukraynaya səfər edəcək.
"Qafqazinfo" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
Zelenski qeyd edib ki, aprelin 4-də o, Karl Nehammerlə Ukrayna ərazisində hərbi cinayətlərdə iştirak edən bütün Rusiya hərbçilərinin müəyyən edilməsi üzrə işi müzakirə edib.
"Biz onun yaxın gələcəkdə Ukraynaya səfəri ilə bağlı razılığa gəldik", - Prezident əlavə edib.
Son xəbərlər
Son Xəbərlər