Avstriya kanslerindən Türkiyə - Açıqlaması

avstriya-kanslerinden-turkiye
Oxunma sayı: 2658

Avstriya kansleri Kristian Kern bəyan edib ki, türk nazirlərin referendumla bağlı mitinqlərdə iştirakı üçün ölkəyə daxil olmasına icazə verməzdi.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Kern “Biz bunu ictimai təhlükəsizlik səbəbindən qadağan edərdik”,-deyə bildirib.

Qeyd edək ki, Hollandiya Rotterdamda planlaşdırılan mitinqdə iştirak üçün gələn Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlunun təyyarəsinin enməsinə icazə verməyib. Bu səbəbdən iki ölkə arasında diplomatik qalmaqal yaranıb.