Avstriya məclisi burkanı qadağan edib

avstriya-meclisi-burkani-qadagan-edib
Oxunma sayı: 692

Avstriya Milli Məclisi üzün tanınmayacaq şəkildə örtülməsini qadağan edən qanun layihəsini qəbul edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən qanun oktyabrdan etibarən qüvvəyə minəcək. Qanunu pozan şəxslər isə 150 avroya qədər cərimə ediləcək.

Qadağanın ictimai nəqliyyat vasitələrində, o cümlədən, məhkəmə, məktəb və universitetlərdə də tətbiq olunacağı qeyd edilib.