Avstriya nümayəndə heyəti ilə görüş keçirilib

avstriya-numayende-heyeti-ile-gorus-kecirilib-
Oxunma sayı: 880


“Qafqazinfo” ya daxil olan məlumata görə, qonaqları qəbul edən rektor Elmar Qasımov bildirib ki, Bakı Ali Neft Məktəbinin yaranmasında əsas məqsəd dinamik inkişaf edən Azərbaycan dövləti və artıq bir dünya şirkətinə çevrilmiş ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, yüksəkixtisaslı kadrların hazırlanması olub. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun istifadəyə veriləcəyini söyləyib. 

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Avstriya təhsil və tədris sisteminə böyük maraq göstərdiyini bildirən rektor vurğulamışdır ki, Bakı Ali Neft Məktəbi Avstriyanın neft-qaz və kimya sənayəsi sahəsində fəaliyyət göstərən institutları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və onların təcrübələrindən yararlanmaqda maraqlıdır. O qeyd etmişdir ki, bu məqsədlə istər Avstriya Respublikasının Azərbaycandakı Səfirliyi, istərsə də ARDNŞ-nin Avstriyadakı Nümayəndəliyi vasitəsi ilə bu istiqamətdə bir çox danışıqlar aparılır. Görüş çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Avstriyanın neft –qaz və kimya mühəndisliyi ixtisasları üzrə tanınmış ali təhsil və digər təhsil və tədris mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə birgə fəaliyyətin prespektivləri müzakirə olunub.