Avstriya Şimali Makedoniyanı məğlub etdi

avstriya-simali-makedoniyani-meglub-etdi
Oxunma sayı: 4821

AVRO-2020-in bu günə olan ikinci matçı başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Avstriya Buxarestin Milli Arenasında Şimali Makedoniyanı qəbul edib.

Oyun Avstriya millisinin 3-1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda Avstriya 18-ci dəqiqədə Ştefan Layner, 77-ci dəqiqədə Mixael Qreqoriç, və 89-cu dəqiqədə Marko Arnautoviçin qolları ilə fərqlənib.

Rəqibin yeganə qolunu isə 28-ci dəqiqədə Qoran Pandev vurub.