Avstriyada ATAZ-ın Fəxri Şurasının iclası keçirildi - Fotolar

avstriyada-ataz-in-fexri-surasinin-iclasi-kecirildi
Oxunma sayı: 1953

Ticarət Palatasının (ATAZ) Fəxri Şurasının iclası oktyabrın 19-da Avstriyanın Vaxau regionunda yerləşən Vösendorf qəsəbəsində keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclas “Yeni İpək Yolu” mövzusuna həsr olunub. Toplantıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Avstriya Parlamentinin üzvü və Avstriya İqtisadiyyat Palatasının Baş katibi Karlhaynts Kopf və digər rəsmi şəxslər iştirak ediblər.

Cavid Qurbanov çıxışında qeyd edib ki, ATAZ on il ərzində yaradılma məqsədlərindən ən əsası olan iki ölkə arasında iqtisadi sahədə əlaqələrin daha da intensivləşdirilməsində önəmli rol oynayıb və bir çox uğurlara imza atıb

Həmçinin qeyd edilib ki, “Yeni İpək Yolu” layihəsi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılışı, Bakı-Gürcüstan sərhədinə qədər dəmir yolu xəttinin yenidən qurulması, Ələt şəhərində yeni ticarət dəniz limanının açılışı kimi böyük infrastruktur layihələri uğurla başa çatdığına görə respublikamız şərq-qərb marşrutu ilə yüklərin daşınması üçün tam xidmətlər təqdim etmək imkanına malikdir.

Çıxışın yekununda qeyd edilib ki, 2020-ci il bu marşrut üçün dönüş nöqtəsi olacaq və ATAZ-a bütün dövrdə bu istiqamətdə bütün təşəbbüslərdə göstərdiyi dəstəyə görə təşəkkür edilib.

İclasda təşkilata yeni qoşulmuş şirkətlər təqdim olunub, eləcə də iki ölkə arasında iqtisadi əlaqələrin perspektivləri, yeni işgüzar səfərlərin təşkili imkanları, eləcə də təşkilatın on illik yubileyinin təşkili kimi məsələlər də müzakirə edilib.