Avstriyada içərisində məktəblilər olan elektrik qatarı relsdən çıxıb və çaya düşüb.
“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə zamanı ən azı 17 nəfər xəsarət alıb.
***
“TASS” agentliyinin məlumatına görə, hadisə Zalsburqda baş verib. Həmçinin, qatarda 54 məktəblinin olduğu deyilir.
***
Qırmızı Xaç tərəfindən həyata keçirilən regional xilasetmə əməliyyatının rəhbəri Anton Şilher bildirib ki, hadisə yerinə 30 xilasedici, 10 təcili yardım maşını və 1 vertolyot cəlb olunub. Xilasetmə əməliyyatı başa çatıb. 9 nəfər xəstəxanaya çatdırılıb.
Zərərçəkənlərdən heç birinin ölüm təhlükəsi yoxdur.
Son xəbərlər
Son Xəbərlər