Avstriyada koronavirusa qarşı peyvənd məcburi oldu

avstriyada-koronavirusa-qarsi-peyvend-mecburi-oldu
Oxunma sayı: 920

Avstriya hökuməti koronavirusa qarşı məcburi peyvəndlənməni nəzərdə tutan qanun tətbiq edəcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, sözügedən qanun fevralın 2-si qüvvəyə minəcək.

Qeyd olunur ki, qanun Avstriyada qeydiyyatda olan bütün yetkinlik yaşına çatmış şəxslərə şamil olunacaq. Yeni qanun çərçivəsində koronavirusa qarşı peyvənd olunmamış şəxslər fevralın əvvəlindən martın 15-dək vaksin vurdurmalıdırlar.

Martın 15-dən isə qaydaya əməl edilməsinə nəzarət olunacaq. Qanunu pozan şəxsləri 600 avroya qədər cərimə gözləyir. İl ərzində cərimənin maksimum məbləği 3600 avro təşkil edə bilər.

Qanun 18 yaşına çatmamış şəxslərə, hamilə qadınlara, peyvəndin sağlamlığına ziyan vura biləcəyi vətəndaşlara şamil olunmur.