Avstriyanın maliyyə naziri Maqnus Brunnerin elektrik skuteri ilə qəza etdiyi və xəstəxanada müalicə aldığı bildirilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Avstriyanın Maliyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada, Brunnerin dünən axşam saatlarında elektrikli skuteri ilə ofisinə gedərkən yıxıldığı qeyd olunub.
Brunnerin səhhətinin stabil olduğu, lakin proqramlarının ləğv edildiyi deyilir.
Qeyd edək ki, ölkə mətbuatında çıxan xəbərlərdə Brunnerin uzun müddətdir elektrik skuterindən istifadə etdiyi və idmanla maraqlandığı, təxminən 1 il əvvəl qəza keçirdiyi, bir müddət qoltuqla yerimək məcburiyyətində qaldığı bildirilmişdi.
Son xəbərlər
Son Xəbərlər