Avstriyanın yeni kansleri bəlli oldu

avstriyanin-yeni-kansleri-belli-oldu
Oxunma sayı: 980

Avstriya prezidenti Aleksandr Van der Bellen bu gün Sebastyan Kurtsu vəzifəsindən azad edərək yerinə müvəqqəti olaraq vitse-kansler Hartviq Lyöqeri təyin edəcək.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə prezident özü mətbuat konfransında bildirib.

Qeyd edək ki, dünən Avstriya parlamenti Kurts hökumətinə qarşı etimadsızlıq məsələsini qaldırmış və onun istefası gündəmə gətirilmişdi.