Avstriyanın yeni prezidenti rus əsillidir

avstriyanin-yeni-prezidenti-rus-esillidir
Oxunma sayı: 1810

Avstriyada prezident seçkilərində qalib gəlmiş “Yaşıllar” partiyasının eks-lideri Aleksandr Van der Bellenin rus kökənli olduğu ortaya çıxıb.

Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, onun ata tərəfi 17-ci əsrin sonlarında Hollandiyadan Rusiyaya köçüb və Pskovskaya quberniyasında yaşayıb.

Aleksandrın babası quberniyada inzibati vəzifələrdən birində çalışıb, Oktyabr inqilabından sonra Estoniyaya mühacirət edib. Aleksandr Van Der Bellen 1944-cü ildə Vyanada dünyaya gəlib.