Avtobus “07” ilə toqquşdu

avtobus-07-ile-toqqusdu
Oxunma sayı: 764

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb. Ağcakənd-Goranboy marşurutu üzrə sərnişin daşıyan “QAZel” markalı mikroavtobusla “VAZ-2107” toqquşub. Qəza zamanı “QAZel” də olan Kəlbəcər rayon sakini, 1966-cı il təvəllüdlü Nəsirova Səadət Səyyas qızı müxtəlif bədən xəsarətləri alaraq  Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.