Gürcüstanın Tuşeti dağlıq rayonunda sərnişin mikroavtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
“Qafqazinfo” Gürcüstan KİV-nə isitnaən xəbər verir ki, Pşaveli-Abano-Omalo dolanbacında hərəkətdə olan avtobus 400 metr hündürlükdən dərəyə yuvarlanıb. Avtobusda olan 12 sərnişindən bəziləri qəza zamanı tullanaraq xilas olmağı bacarıb. Qəzada 5 nəfərin öldüyü bildirilir.
Hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub. Qəzanın baş verdiyi yerə helikopterlər göndərilib.
Son xəbərlər
Son Xəbərlər