Avtobus 89 yaşlı piyadanı vurub öldürdü - Yenilənib

avtobus-89-yasli-piyadani-vurub-oldurdu
Oxunma sayı: 2235

Gəncədə piyadanın xəsarət alması ilə  nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, şəhərin "Skonnu" adlanan ərazisində mikroavtobusa minmək üçün nəqliyyat vasitəsinin qabağına qaçan yaşlı kişini mikroavtobus vurub. Sürücü ağır xəsarət alan piyadanı xəstəxanaya aparıb. Yaşlı kişinin kimliyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Onun kimliyi araşdırılır. 

***

Ölən şəxsin kimliyi məlum olub. Belə ki, xəstəxanada dünyasını dəyişən şəxs 1930-cu il təvəllüdlü Nəriman Məmmədovdur. 

Elmar Əli