Zimbabvenin şimalında avtobusun aşması nəticəsində 45 nəfər ölüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib. Zambiya istiqamətində hərəkət edən avtobusun sürücüsü döngədə idarəetməni itirib.
Qeyd edək ki, hər gün çoxlu sayda zimbabveli avtobusla Zambiyaya ərzaq məhsulları və geyim ticarətilə məşğul olmaq üçün gedir.
Son xəbərlər
Son Xəbərlər