Avtobus çaya düşdü, 8 futbolçu öldü

avtobus-caya-dusdu-8-futbolcu-oldu
Oxunma sayı: 3568

Qanada futbolçuları daşıyan avtobus çaya düşüb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Aşantı bölgəsində baş verib.

Qəza nəticəsində altı futbolçu hadisə yerində, ikisi isə xəstəxanada ölüb. Dörd futbolçunun vəziyyəti ağırdır.

Komanda gənclər futbol liqasında iştirak etmək üçün qeydiyyatdan keçməyə gedirmiş.