Avtobus çaya düşüb - 17 ölü, 46 yaralı

avtobus-caya-dusub
Oxunma sayı: 1842

Keniyada sərnişin avtobusu çaya aşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata əsasən, qəza Nairobidən Homa-Bey istiqamətində hərəkət edən zaman baş verib. Sürücü qarşı tərəfdən gələn yük maşını ilə toqquşmamaq üçün manevr etdiyi zaman idarəretməni itirib. Nəticədə avtobus çaya düşüb. insident nəticəsində azı 17 nəfər həlak olub, 46 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.