Avtobus dayanacağında mübahisə - Video

avtobus-dayanacaginda-mubahise
Oxunma sayı: 710

Bakı Nəqliyyat Agentliyi BakuBus-un sürücüsü ilə mübahisə edən minik avtomobilinin sürücüsünün videosunu yayıb.

Agentlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, təqdim olunan videogörüntüdən aydın olur ki, BakuBusa məxsus 1 saylı marşrut avtobusu Qara Qarayev prospekti dayanacağından hərəkət edən zaman öz şəxsi avtomobilini (99 EH-075 nömrə nişanlı, Hunday Sonata ) avtobusun qarşısında saxlayan şəxs sürücünün xəbərdarlıqlarına məhəl qoymayaraq hərəkəti ləngidir. 

Eyni zamanda həmin şəxs qayda pozuntusuna yol verdiyi halda öz qanunsuz əməliində israr edir. Yalnız  sərnişinlərin müdaxiləsindən sonara o öz qanunsuz əməlindən çəkinir.
 
Agentlik bildirir ki, bu hadisə bir daha ictimai nəqliyyatın idarə olunmasında ictimai fəal sərnişinlərin və ictimai qınağın vacib və effektli olduğunu göstərir.

Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatın normal fəaliyyətinə mane olan sürücü barəsində müvafiq hüquqi tədbir görülməsi məqsədi ilə hüquq mühafizə orqanlarına müraciət edəcək.