Avtobus dəhşəti- - ana və oğlu öldü+fotolar

avtobus-dehseti-
Oxunma sayı: 3087


“Qafqazinfo”nun məlumatına görə, Göygöl rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə bu gün saat 10 radələrində Gəncə-Daşkəsən yolunda, “Mal bazarı” adlanan ərazisində qeydə alınıb.  “VAZ-2106” markalı avtomobillə, Gəncə şəhərinə 7 nömrəli marşrut üzrə işləyən “İsuzu” markalı avtobusun toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, iki nəfər isə ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Sonra isə yol qəzasında ölən və yaralananların şəxsiyyətləri məlum olub. Məlum olub ki, Gəncə-Daşkəsən avtomobil yolunda Gəncə şəhər sakini, 46 yaşlı İlqar Babayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə, şəhər sakini, 35 yaşlı Əhmədov Fidailin idarə etdiyi, Gəncəyə 7 nömrəli marşrut xətti üzrə işləyən “İsuzu” markalı sərnişin daşıyan avtobus toqquşub. Qəza zamanı “VAZ 2106”-nın sürücüsü hadisə yerində dünyasını dəyişib. Sürücünün avtomobildə olan anası 66 yaşlı Mahirə Babayeva və bacısı, 45 yaşlı Tahirə Nağıyeva isə xəsarətlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yerləşdiriliblər. M. Babayeva xəstəxanada dünyasını dəyişib.

T. Nağıyevanın vəziyyətinin ağır olduğu bildirilir. 

Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə ilkin araşdırma zamanı məlum olub ki, qəzaya sərnişin avtobusunun “VAZ 2106”-nın yoluna çıxması səbəb olub. Avtobusun sürücüsü bunun maşında olan nasazlıq ucbatından baş verdiyini bildirib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.