Avtobus dərəyə yuvarlandı - 15 ölü, 27 yaralı

avtobus-dereye-yuvarlandi
Oxunma sayı: 3152

Bolqarıstanda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Svoqe şəhəri yaxınlığında avtobus dərəyə yuvarlanıb. Bir neçə avtomobillə toqquşduqdan sonra uçuruma düşən avtobusdakı sərnişinlərdən 15-i ölüb, 27-si yaralanıb.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları göndərilib.

Bolqarıstanın baş naziri Boyko Borisov ölkədə matəm elan ediləcəyini açıqlayıb.