“Avtobus qəzalarının sayı 21 faiz azalıb”

avtobus-qezalarinin-sayi-21-faiz-azalib
Oxunma sayı: 752

“2020-ci il ərzində Bakı şəhərində 413 milyondan artıq sərnişin daşınıb. Ümumilikdə 5 il ərzində paytaxtda daşınan sərnişinlərin sayı 3,2 milyarddan artıqdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, 2016-cı il ilə müqayisədə 2019-cu ildə səyahət edənlərin sayı 27 faizdən çox- 172 milyon artıb.

V. Kərimli həmçinin bildirib ki, 2019-cu illə müqayisədə avtobusların iştirakı ilə baş verən qəzaların sayı 21,2 faiz, ölüm sayı 9 faiz, xəsarət alanların sayı isə 31,2 faiz azalıb.

Sədr həmçinin qeyd edib ki, 2020-ci ildə 2019-cu illə müqayisədə Bakı şəhərində piyadaların iştirakı ilə baş verən hadisələrin sayı 20 faiz azalıb.

Onun sözlərinə görə, 2020-ci il ərzində piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı 266 olub. 2019-cu ildə bu rəqəm 334, 2018-ci ildə 384, 2017-ci ildə 445, 2016-cı ildə isə 424 olub.

Gülnar Əliyeva