Avtobus qəzası - 20 ölü

avtobus-qezasi
Oxunma sayı: 1938

Misirdə sərnişin avtobusu qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata əsasən, insident paytaxt Qahirənin cənubunda qeydə alınıb. Avtobus və yük maşınının toqquşması nəticəsində 20 nəfər həlak olub.

İlkin məlumata görə, qəzaya sürücülərin sürət həddini aşması  səbəb göstərilir.