Avtobus qəzasında 60 nəfər öldü

avtobus-qezasinda-60-nefer-oldu
Oxunma sayı: 1233


“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, bu barədə Pakistan polisi yeni məlumat yayıb. Məlumatda qeyd edilir ki, qəzaya yanacaq daşıyan maşının sürücüsü səbəb olub. Bu maşın avtobusun yoluna çıxıb və toqquşma nəticəsində hər iki maşın aşaraq yanıb.

Maşınların sürücüləri özlərini vaxtında yerə ata biliblər. Günahkar sürücü qaçıb, polis onun axtarışını davam etdirir.