Avtobus sürücüləri ilə bağlı reyddən- - Fotolar

avtobus-suruculeri-ile-bagli-reydden-
Oxunma sayı: 947


“Qafqazinfo”ya daxil olan məlumata görə, paytaxt ərazisində marşrut avtobusu sürücüləri haqqındakı çoxsaylı şikayətləri nəzərə alaraq avtobus sürücülərinin yol verdikləri qayda pozuntularına qarşı daha sərt cəza tədbirləri tətbiq ediləcək. Dayanacaqdan kənarda marşrut avtobusunu saxlayıb sərnişin götürən və ya sərnişinin dayanacaqdan kənardan avtobusdan enməsi üçün şərait yaradan avtobus sürücüsü ciddi şəkildə cəzalandırılacaq.

 “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC marşrut avtobuslarından istifadə edən sərnişinlərə müraciət edərək yalnız dayanacaqda avtobusu gözləməyi və dayanacaqdan kənar yerlərdə avtobusu saxlamağı sürücüdən tələb etməməyi də xahiş edib.

“Qafqazinfo”