“Avtobus sürücüləri qaçıb gizləniblər”

avtobus-suruculeri-qacib-gizlenibler
Oxunma sayı: 1041


“Qafqazinfo” Aktual.az a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, reydlərlə bağlı xəbər KİV-də yayılan kimi sürücülük vəsiqələri olmayan sürücülər avtobuslarını və özlərini gizlətməyə nail olublar:

“Dünən və bu gün keçirdiyimiz reydlər bunu deməyə imkan verir. Paytaxtətrafı qəsəbə və kəndlərə sərnişin daşıyan, vəsiqəsi olmayan sürücülər artıq reysə çıxmayıblar. Şahidi olduq ki, 1 dəqiqə intervalla işləyən avtobuslarda sürücü çatışmazlığı yaşanır və sərnişinlər mənzilbaşına gecikir”.

V.Əsədov qeyd edir ki, bütün bunlara baxmayaraq, lazımi tədbirlər həyata keçiriləcək:

“Fikirləşməsinlər ki, birgünlük gizlənməklə məsuliyyətdən qaça biləcəklər. Kimliyindən asılı olmayaraq, sərnişindaşımada xəta törədən şəxs qanunvericilik çərçivəsində məsuliyyətə cəlb olunacaq. Hər birimizin məqsədi sərnişinlərin ünvanlarına təhlükəsiz şəkildə çatmasını təmin etməkdir ”.