Avtobus sürücülərində yoluxma qeydə alınmayıb

avtobus-suruculerinde-yoluxma-qeyde-alinmayib
Oxunma sayı: 885

“Bu gün dünyanın heç bir ölkəsinin paytaxt şəhəri metro bağlandıqdan sonra ictimai nəqliyyatla bu yükün öhdəsindən gəlmək gücündə deyil”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu BNA-nın rəhbəri Vüsal Kərimli deyib.

O bildirib ki, dünya təcrübəsində avtobusda sərnişin oturma sayına məhdudiyyət qoyma qaydası yoxdur: “800-ə yaxın sürücü test edilib, yoluxma faktı qeydə alınmayıb.

Bir sürücüdə virusun qeydə alınması bir qarajın fəaliyyətini dayandırması demək olar. Bu da bizim sərnişindaşımada işimizi xeyli çətinləşdirə bilər”.

Murad Əhməd